Fevralın 28-də ayın sonuncu günü planetlərin paradı baş tutacaq. Bu nadir astronomik hadisə zamanı səmada yeddi planet - Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars düzüləcək.
Astroloqlar bildirirlər ki, bu cür hadisələr insanların enerjisinə və əhval-ruhiyyəsinə təsir göstərə bilər. Xüsusilə Buğa və Əqrəb bürclərinin nümayəndələri bu dəyişiklikləri daha çox hiss edəcəklər.
Buğa:
Sevgi və harmoniya planeti Venera tərəfindən idarə olunan Buğalar üçün bu gün öz həyat prioritetlərini yenidən nəzərdən keçirmək üçün əhəmiyyətli bir dönüş nöqtəsi olacaq. Onlar daxili güc hiss edərək öz üzərində işləməyə başlayacaq, yeni sağlam vərdişlər inkişaf etdirəcək və iş-həyat balansını tapmağa çalışacaqlar. Bundan əlavə, münasibətlərdə də ciddi dəyişikliklər gözlənilir - ya əlaqələr daha da möhkəmlənəcək, ya da zərərli münasibətlər bitəcək.
Əqrəb:
Planetlərin paradı Əqrəblər üçün taleyüklü hadisə ola bilər. Pluton tərəfindən idarə olunan bu bürc üçün dəyişikliklər qaçılmazdır. Şəxsi inkişaf, münasibətlər və karyera sahələrində yeni imkanlar yaranacaq. Əqrəblər öz rahatlıq zonalarından çıxmalı, yeni öhdəliklərə açıq olmalıdırlar. Onlar qarşılaşacaqları çətinliklərin öhdəsindən gələrək uzunmüddətli uğurlar əldə edə bilərlər.
Bu kosmik hadisə Buğa və Əqrəb bürclərinin həyatında yeni bir səhifə aça bilər.