Xərçənglə mübarizə aparan aparıcı efirə qayıtdı

Türkiyəli aparıcı Nursel Ergin xərçəng xəstəliyinə qalib gələrək yenidən efirə qayıdıb. Müalicə səbəbilə 8 ay ekranlardan uzaq qalan Ergin məşhur "Gelinim Mutfakta" proqramına aparıcılıq etməyə davam edəcək.

Xərçənglə mübarizə aparan aparıcı efirə qayıtdı
Nursel Ergin
reklam

Türkiyəli tanınmış aparıcı Nursel Ergin xərçəng xəstəliyinə görə bir müddət ekranlardan uzaq qalmışdı. Lakin uzun mübarizədən sonra o, sağalaraq televiziya dünyasına geri dönüb.

Aparıcı 8 aylıq fasilədən sonra yenidən "Kanal D" ekranlarında yayımlanan məşhur "Gelinim Mutfakta" proqramına aparıcılıq etməyə başlayıb.

Qeyd edək ki, Nursel Ergin 2007-ci ildə "Var mısın, yok musun" proqramında iştirak edərək tanınmış və televiziya dünyasında öz karyerasını qurmuşdu.