"Bu hərəkət Akademik Milli Dram Teatrının aktyorlarına hörmətsizlikdir!"

Əməkdar artist Mehriban Xanlarova rejissor Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa dəvət etməsinə sərt reaksiya verib. O, bu addımın teatrın illərlə səhnədə olan aktyor və aktrisalarına qarşı hörmətsizlik olduğunu bildirib.

"Bu hərəkət Akademik Milli Dram Teatrının aktyorlarına hörmətsizlikdir!"
Mehriban Xanlarova və Mehriban Ələkbərzadə
reklam

Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrında baş verən son hadisələrlə bağlı narazılığını ifadə edib. O, rejissor Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsini tənqid edərək, bunun illərlə bu teatrın səhnəsində çalışan sənətçilərə hörmətsizlik olduğunu vurğulayıb.

"1998-ci ildən bu günə qədər 27 ildir ki, Azdramada çalışıram. Burada sənətə və teatra bağlılığımı sübut etmişəm. Azdrama-da hər yaş qrupuna aid peşəkar aktyor və aktrisalar var. İllərlə tamaşaçıların sevgisini qazanan sənətkarlarımız olduğu halda, başqa teatrdan aktrisa gətirmək nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı yoxdur!" – deyə, Xanlarova bildirib.

O, teatrda çalışan aktyor və aktrisaların potensialının nəzərə alınmasının vacibliyini qeyd edib:

"Azdrama səhnəsində müxtəlif janrlarda özünü sübut etmiş kifayət qədər istedadlı aktrisa var. Niyə onların zəhməti və potensialı nəzərə alınmır? Burada çalışan sənətkarları kənarda qoyub başqa teatrdan aktrisa axtarmaq, onların illərlə çəkdiyi zəhməti görməzdən gəlmək deməkdir. Seçimlər şəxsi münasibətlərə görə yox, aktyorun istedadı və teatrın prinsiplərinə əsaslanmalıdır!"

Mehriban Xanlarova Mehriban Ələkbərzadə ilə şəxsi qərəzi olmadığını qeyd etsə də, bu məsələyə biganə qala bilmədiyini bildirib. O, illərini teatr səhnəsində keçirdiyini və bu haqda danışmağa haqqı olduğunu vurğulayıb.

reklam
reklam