“Mən Sənətdə Olanda Namiq Yox idi”-DEDİ

Meyxanaçı Namiq Məna həmkarı Namiq Qaraçuxurlu haqqında qalmaqallı açıqlamalar verib. Meyxananın xanımlar arasında populyarlaşması və musiqili meyxananın mənşəyi ilə bağlı iddiaları isə yeni mübahisələrə səbəb olub.

“Mən Sənətdə Olanda Namiq Yox idi”-DEDİ
Namiq Məna,Namiq Qaraçuxurlu
reklam

Meyxana aləmində yeni bir gərginlik yaşanır. Tanınmış meyxanaçı Namiq Məna, şou proqramlardan birində, həmkarı Namiq Qaraçuxurlu haqqında qalmaqallı açıqlamalar verib. O, meyxana aləminə gəlişində ilk olduğunu bildirərək, “Mən Namiq sənətdə olanda o biri Namiq – Namiq Qaraçuxurlu yox idi, o sonradan gəlib,” – deyə qeyd edib. Meyxananın xanımlar arasında populyarlaşmasını Nizami Rəmzi ilə əlaqələndirən Namiq Məna, həmkarına bu barədə iddialar irəli sürməyin haqsızlıq olduğunu vurğulayıb. O, musiqili meyxananın məşhurlaşdırılmasında da Nizami Rəmzi və Ağasəlim Çıldağın rolu olduğunu ifadə edərək, meyxananın geniş yayılması və populyarlığını onların zəhməti ilə əlaqələndirib. Namiq Məna sözlərinə əlavə edərək, musiqili meyxananı hətta Amerikaya qədər tanıtdığını və "Tərəqqi" medalı ilə təltif edildiyini də xatırladıb.