Keçmiş model həyat yoldaşının ona zorakılıq etdiyini iddia etdi

Tanınmış model Güzide Duran 16 illik həyat yoldaşı Adnan Aksoy ilə boşanmasının səbəblərini açıqlayıb. O, keçmiş həyat yoldaşı tərəfindən həm psixoloji, həm də fiziki zorakılığa məruz qaldığını iddia edərək məhkəməyə müraciət edib. Duran, Aksoyun ona xəyanət etdiyini sübutlarla məhkəməyə təqdim etdiyini bildirib.

Keçmiş model həyat yoldaşının ona zorakılıq etdiyini iddia etdi
Güzide Duran və həyat yoldaşı
reklam

Keçmiş model Güzide Duran 16 illik həyat yoldaşı Adnan Aksoy ilə boşanma səbəblərini açıqlayıb. O, ərinin ona fiziki və psixoloji zorakılıq etdiyini iddia edərək İstanbul Ailə Məhkəməsinə müraciət edib.

Məhkəməyə təqdim etdiyi ərizədə Duran, evlilik dövründə həyat yoldaşı tərəfindən döyüldüyünü və təhdidlərə məruz qaldığını bildirib. O, eyni zamanda Aksoyun ona xəyanət etdiyini sübutlarla sübut etdiyini qeyd edib.

Güzide Duranın vəkili boşanma prosesində müvəkkilinin və övladlarının qəyyumluğunu tələb edərək Adnan Aksoyun hər ay 600 min lirə aliment ödəməsini, 10 milyon lirə maddi və 10 milyon lirə mənəvi təzminat verməsini istəyib. Bundan əlavə, əmlak bölgüsü ilə bağlı 100 min lirəlik alacaq tələb edilib.

Xatırladaq ki, Güzide Duran 2008-ci ildə iş adamı Adnan Aksoy ilə ailə həyatı qurub və onların iki övladı var. Boşanma xəbərlərindən sonra onun "Qalatasaray"ın texniki direktoru Okan Burukla münasibətdə olduğu iddia edilib. Lakin model bu iddiaları təkzib edərək, Burukla sadəcə dost olduqlarını bildirib.

Okan Buruk da bu məsələyə münasibət bildirərək, "Güzidə ilə köhnə dostuq. Bu söz-söhbətlər tamamilə yalandır" deyə açıqlama verib.

reklam
reklam