"Aygün Kazımovanın Son Mahnıları Sənət Deyil"

Məşhur prodüser Asif Kərimov Xalq artisti Aygün Kazımovanın son ifaları barədə qalmaqallı açıqlamalar verib. O, müğənninin əvvəlki mahnıları ilə indiki repertuarını müqayisə edərək, yeni ifaların sənət dəyərinin olmadığını bildirib.

"Aygün Kazımovanın Son Mahnıları Sənət Deyil"
prodüser Asif Kərimov
reklam

Məşhur prodüser Asif Kərimov son açıqlamaları ilə gündəmə gəlib. O, Xalq artisti Aygün Kazımovanın yeni ifalarının trendlərdə olmasını tənqid edib.

Aparıcının müğənninin son mahnılarının böyük populyarlıq qazandığını vurğulaması prodüserin sərt reaksiyasına səbəb olub. Kərimov Kazımovanın 10-15 il əvvəlki repertuarı ilə indiki ifalarını müqayisə edərək, yeni mahnıları sənət hesab etmədiyini bildirib.

Onun bu fikirləri sosial mediada geniş müzakirələrə yol açıb.