İlhamə Qasımova övlad iddialarına cavab verdi

Müğənni İlhamə Qasımova ABŞ-da uzun illər qalma səbəbini və övladı olması ilə bağlı yayılan xəbərləri şərh edib. O, yayılan iddiaları təkzib edərək, ailəsi ilə bağlı məqamları izah edib.

İlhamə Qasımova övlad iddialarına cavab verdi
İlhamə Qasımova
reklam

Müğənni İlhamə Qasımova "Elgizlə izlə" verilişində maraqlı açıqlamalar verib. O, ABŞ-da yaşadığı uzun illərin səbəblərindən danışıb. İlhamə bildirib ki, başqa bir ölkədə yaşamaq planı olmayıb, sadəcə müəyyən səbəblər onun qayıdışını uzadıb:

"Yaşamağa getməmişdim. Heç vaxt ağlımda olmayıb başqa ölkədə yaşamaq. Getdim, müəyyən səbəblərdən qayıtmağım uzandı."

Müğənni həmçinin bir müddət əvvəl övladı olması barədə yayılan xəbərlərə də aydınlıq gətirib. O, bu iddiaların doğru olmadığını vurğulayıb və uşaqlara olan sevgisindən bəhs edib:

"Uşaqları çox sevirəm. Uşaq yaşlarımdan qardaşımın və əmimin övladlarına baxmışam. Xəbər çıxdı ki, guya övladım var. Amma yox, bu doğru deyil. Qardaşımın övladı idi."

İlhamə Qasımovanın açıqlamaları həm sevənləri, həm də sosial medianın diqqət mərkəzində olub.

reklam
reklam