"Çalışsam, muğam oxuya bilərəm"
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) musiqiyə marağının genlərindən gəldiyini bildirib. O, Qərb musiqisinə üstünlük versə də, muğam ifa etməyə də meyilli olduğunu etiraf edib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Rusiyada böyük populyarlıq qazanan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) məşhur kişi jurnallarından birinin yeni sayında yer alıb. Müğənni jurnal üçün kamera qarşısına keçərək maraqlı açıqlamalar verib.
Coni musiqiyə olan marağının genlərindən gəldiyini bildirib:
"Qohumlarımın çoxu musiqiçi olub və əsasən Azərbaycan və türk xalq mahnıları ifa ediblər. Xüsusilə əmim Xanhüseyn Hüseynov 80-ci illərdə məşhur ifaçılardan biri olub. Onun səsi bütün Azərbaycanda tanınırdı. Mən də musiqiçi ailəsində böyümüşəm və əmimlə birlikdə bu sahədə uğur qazananlardan biriyəm".
O, musiqi təhsili almadığını, lakin müxtəlif janrları dinləyərək formalaşdığını vurğulayıb:
"Xüsusi peşəkar müəllimlərim olmayıb, musiqi məktəbində oxumamışam. Lakin Maykl Cekson, Enrike İqlesias, "Coldplay" qrupu və digər ifaçılara qulaq asaraq özümü inkişaf etdirmişəm. Bununla yanaşı, Azərbaycan və türk musiqisinə də böyük marağım olub".
Müğənni vokal texnikasının Qərb üslubuna daha yaxın olduğunu deyib:
"Çalışsam, muğam oxuya bilərəm. Amma bu, mənim üçün bir qədər qeyri-təbii alınır. Buna baxmayaraq, damarlarımda muğama meyillilik var, sadəcə, üzərində işləmək lazımdır. Mahnılarımda Avropa və Qərb musiqi elementlərini mənimsəməyə çalışmışam və bu üslubu Şərq elementləri ilə uyğunlaşdırmaq mənim üçün maraqlı olub".
admin Eki 31, 2024 0 163
admin Eki 31, 2024 0 124
admin Kas 1, 2024 0 26
admin Eki 31, 2024 0 21
D.Sadi Ara 16, 2024 0 13
AsimanFərzəliyeva Şub 23, 2025 0 1
AsimanFərzəliyeva Şub 23, 2025 0 1
AsimanFərzəliyeva Şub 23, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox