Türkiyəli fenomen həbs olundu – FOTO
İzmirin Torbalı rayonunda notariusda çalışaraq sosial mediada tanınan fenomen Sibel Keskiner saxta sənəd qalmaqalı ilə gündəmə gəlib. Onun da daxil olduğu bir qrup saxta vəkalətnamə və sənəd alqı-satqısı ilə məşğul olub. Çorum İl Təhlükəsizlik Müdirliyinin keçirdiyi əməliyyat zamanı dəstə ifşa edilib və Keskiner həbs olunub.
