Çəkiliş zamanı qəza keçirdi –FOTO
Türkiyəli məşhur aktyor Aras Bulut İynemli yeni serialı Deha çəkilişləri zamanı qəza keçirib. Onun topuq nahiyəsində qırıq yaranıb və dərhal xəstəxanaya aparılaraq əməliyyat olunub. Hazırda aktyor evdə müalicə alır. Həkimlər onun tezliklə çəkilişlərə qayıdacağını bildiriblər.
