"Şöhrət Var, Amma Pul Yox"-DEDİ

Məşhur aktyor Niyaz İlyasoğlu verdiyi açıqlamada aktyorluq sənətindəki çətinliklərdən danışıb. O, tamaşaçı sevgisi və tanınma ilə yanaşı, maliyyə sıxıntılarının da bu sənətin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Seriallarda aldığı qonorarın kifayət etmədiyini, eyni zamanda sənətin emosional gərginliyini də bölüşüb.

"Şöhrət Var, Amma Pul Yox"-DEDİ
Niyaz İlyasoğlu
reklam

Azərbaycanın məşhur aktyoru Niyaz İlyasoğlu aktyorluq sənətinin görünməyən tərəfləri barədə maraqlı açıqlamalar verib. O, oynadığı qəzəbli və qəddar rolların arxasında sakit bir insan dayandığını bildirib. Niyaz İlyasoğlu aktyorların Azərbaycanda üzləşdiyi maddi problemlərdən və şəxsi həyatına təsirlərdən də danışıb: "İnsanlar məni tanıyır, hörmət edir, amma cibimdə bəzən bir qəpik də olmur. Bu, bir qədər utandırıcıdır. Şöhrət var, amma pul yox. Teatrda işləməkdən zövq alıram, amma maddi sıxıntılar realdır. Aktyorluq yalnız istedad və zəhmət deyil, bəzən şansa da ehtiyac var. Seriallardan aylıq təxminən 1000 manat qonorar alıram. Bu, dolanışıq üçün kifayət etmir. Çox vaxt mənə hörmətlə yaxınlaşan insanlara kömək etmək istəyirəm, amma maliyyə imkanlarım buna imkan vermir.” Niyaz İlyasoğlu həmçinin sənətinin emosional gərginliklərini də dilə gətirib: “Çəkilişlərdən evə gələndə bəzən uşaqlarım dəcəllik edir, mən də onların üstünə səsimi qaldırıram. Yoldaşım mənə zarafatla deyir ki, "əsəblərini çəkiliş meydançasında qoy gəl". Həyatda isə daha sakit və utancaq bir insanam." O, həyat yoldaşı ilə eyni teatrda çalışdıqlarını və bu vəziyyətin onların iş və şəxsi həyatını balanslaşdırmağa kömək etdiyini də qeyd edib. "Bəzən gecə çəkilişdən evə gec gəlirəm, amma yoldaşım bu iş rejimini anlayır. Teatrda bir ailə kimiyik, qısqanclıq məsələləri yoxdur.” Aktyor maddi sıxıntıların sənətkarların inkişafına mane olduğunu qeyd edərək əlavə edib: "Bu xalqın istedadlı aktyorları var. Onların sənəti yaşatması üçün daha çox dəstəyə ehtiyac var."