"DÜNYA GÖZƏLİ 2024"də QALMAQAL: Başqa modelin qalib olmalı olduğu iddia edilir
Meksikada keçirilən "Miss Universe 2024" gözəllik müsabiqəsində qalibin seçilməsi mübahisə yaradıb. Azarkeşlər Danimarka təmsilçisi Viktoriya Kjaerin qalibiyyətini tənqid edərək, Taylandın Suchata Çuanqsrinin daha layiqli olduğunu bildiriblər.
Noyabrın 16-da Meksikada keçirilən “Miss Universe 2024” beynəlxalq gözəllik müsabiqəsində qalmaqal yaşanıb. Azarkeşlər, müsabiqənin qalibi olaraq Danimarka təmsilçisi Viktoriya Kjaeri yox, Tayland təmsilçisi Suchata Çuanqsrini görmək istədiklərini vurğulayıblar. Onlar sosial şəbəkələrdə verdikləri reaksiyalarda bildiriblər ki, Taylandlı model müsabiqədə daha parlaq çıxış edib və münsiflər heyətinin suallarına verdiyi cavablar daha inandırıcı olub.
Tamaşaçılar, Viktoriya Kjaerin qalibiyyətini ədalətsiz sayaraq, titulu “oğurlanmış” hesab edirlər.