Bred Pitt Ancelinaya Diz Çöküb Yalvarmağa Hazırdır
Bir zamanlar Hollivudun ən məşhur və sevilən cütlüyü olan Bred Pitt və Ancelina Coli, indi ciddi qarşıdurmalar yaşamaqdadırlar. Keçmiş həyat yoldaşı ilə münasibətlərində gərginlik yaranan Pitt, uşaqlarını görmək üçün hər şeyi etməyə hazırdır.
Bir zamanlar bütün dünyanın həsəd apardığı Bred Pitt və Ancelina Coli cütlüyü, artıq bir-birinə düşmən kəsilib. ABŞ KİV-ləri yazır ki, Bred Pitt, keçmiş həyat yoldaşı Ancelinaya diz çökərək, uşaqlarını görmək üçün ona yalvarmağa hazırdır.
"Cənab və Xanım Smit" filminin çəkilişləri zamanı yaxınlaşan və illər ərzində üç bioloji, üç övladlığa götürülmüş altı uşağı böyüdən cütlük, sonradan ayrılıblar. Lakin onların arasında problemlər bitmək bilməyib. Hətta, Fransada birgə yaşamaq istədikləri qəsr üzərində mübarizə aparıblar və bu proses məhkəməyə qədər gedib çatıb.
Ayrılıqlarına baxmayaraq, keçmiş cütlük arasındakı gərginlik tamamilə aradan qalxmayıb. Hal-hazırda, Ancelina Coli uşaqları ilə yaşayır, onların üçü isə artıq atalarının soyadından imtina edib. Bred Pittin sevgilisi İnes de Ramonla münasibətləri yaxşı olsa da, onun vəziyyəti ürəkaçan deyil.
Bəzi ABŞ KİV-ləri yazır ki, Bred Pitt uşaqlarını görmədiyi üçün çox narahatdır. İddiaya görə, o, uşaqlarını görmək üçün hətta Ancelinaya diz çökərək yalvarmağa belə hazırdır. Aktörə yaxın mənbələr bildirib ki, uşaqlarını görməmək Bredi çox pis təsir edib və o, nə olursa-olsun, bu mübarizədən əl çəkməyəcək.
Həmçinin, Ancelina Colinin uşaqları yalnız özləri ilə yaşayır, hətta nənə və babalarına belə göstərilmədiyi iddia edilir. Yerli nəşrlər bildirir ki, Bred Pittin valideynləri, 2014-cü ildən bəri nəvələrini görməmişlər, o vaxt da yalnız "Unbroken" filminin premyerasında görüşüblər.