Pavel Durov Paris Məhkəməsində İfadə Verdi

Teleqram messencerinin qurucusu Pavel Durov, Fransada ona qarşı başlanan cinayət işi ilə əlaqədar olaraq Paris Məhkəməsində ilk dəfə dindirilib.

Pavel Durov Paris Məhkəməsində İfadə Verdi
Pavel Durov
reklam

Teleqram messencerinin qurucusu Pavel Durov, Fransada ona qarşı başlanan cinayət işi çərçivəsində ilk dəfə Paris Məhkəməsində ifadə verib.

Fransız AFP agentliyinin məlumatına görə, Durov, cümə günü platformasının cinayət fəaliyyəti ilə bağlı mümkün əlaqələri müzakirə edən hakim tərəfindən dindirilib. Durov iki vəkilin müşayiəti ilə yerli vaxtla saat 10:00-da məhkəməyə gəlib. O, Fransa ədalətinə güvəndiyini, lakin özünə qarşı irəli sürülən ittihamlarla bağlı əlavə şərh verməkdən çəkinib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın “Le Burje” hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. Onun haqqında qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 maddə üzrə ittiham irəli sürülüb. Durov 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və Fransadan çıxışı qadağan edilib.