İlk dəfə oğlu ilə görüntüləndi – FOTO

Hollivud ulduzu Kemeron Diaz ilk dəfə bir yaşlı oğlu Kardinalla birlikdə ictimaiyyət arasında görünüb. 52 yaşlı aktrisa paparassilər tərəfindən avtomobil dayanacağında övladı ilə görüntülənib. Diaz qara şalvar, uyğun papaq və boş ağ köynək geyinərək gəzintiyə çıxıb. O, oğlunu qucağında avtomobilinə qədər aparıb.

İlk dəfə oğlu ilə görüntüləndi – FOTO
Kameron Diaz
reklam

Qeyd edək ki, Kemeron Diaz və Benci Madden 2015-ci ildə ailə qurublar. Cütlüyün beş yaşlı Raddiks adlı qızı da var. Kardinalın surroqat ana vasitəsilə dünyaya gəldiyi ilə bağlı şayiələr dolaşır.

Aktrisa, Maddenlə evlənməzdən əvvəl Cared Leto, Castin Timberlake və Cennifer Lopezin keçmiş əri, beysbolçu Aleks Rodrigeslə münasibətdə olub.

Toydan sonra Diaz karyerasını tərk edərək ailəsinə fokuslandığını açıqlasa da, son dövrlərdə 10 illik fasilədən sonra sənətinə qayıtdığını və uşaqları ilə keçirdiyi vaxtın onun üçün ən dəyərli anlar olduğunu bildirib.