Eda Ece və Nesrin Cavadzadə yenidən bir araya gəldilər

Türkiyənin məşhur "Yasak Elma" serialının aktrisaları Eda Ece və Nesrin Cavadzadə, "Elle" jurnalının 25 illiyi münasibətilə keçirilən tədbirdə bir araya gəliblər.

Eda Ece və Nesrin Cavadzadə yenidən bir araya gəldilər
Eda Ece, Nesrin Cavadzade, Aysegul Aldinc
reklam

Türkiyənin populyar "Yasak Elma" serialında birgə rol alan Eda Ece və Nesrin Cavadzadə, "Elle" jurnalının 25 illik yubileyi münasibətilə bir araya gəldilər. Eda Ece, sosial media hesabında müğənni Ayşegül Aldinç və Nesrin Cavadzadə ilə çəkilmiş şəkli paylaşaraq, "mənimkilər" şərhini yazdı. "Elle" jurnalının tədbirində bir çox tanınmış simalar da iştirak ediblər. Xatırladaq ki, serialda Nesrin Cavadzadə "Şahika", Eda Ece isə "Yıldız" obrazını canlandırır.