Elgiz Əkbər evli kişilərlə münasibət mövzusuna etiraz etdi

Aparıcı Elgiz Əkbər evli kişilərlə münasibət yaşayan tanınmış şəxslərin bunu açıq şəkildə etiraf etməsini tənqid edib. O, keçmişdə belə münasibətlərin gizlədildiyini, indi isə rahatlıqla efirdə müzakirə edildiyini bildirib.

Elgiz Əkbər evli kişilərlə münasibət mövzusuna etiraz etdi
Elgiz Əkbər
reklam

Aparıcı Elgiz Əkbər efirdə evli kişilərlə münasibət yaşayan bəzi tanınmış şəxsləri tənqid edib. O, keçmişdə insanların belə əlaqələri gizlədiyini, amma indi bunu açıq şəkildə müzakirə etdiklərini bildirib.

"Keçmişdə bir xanım nikahdankənar münasibətini gizlədərdi. Kimsə ona bu barədə irad bildirsəydi, dərhal inkar edərdi. Amma indi açıq şəkildə danışırlar" – deyə aparıcı vurğulayıb.

Elgiz Əkbər, həmçinin bir dəfə efirə gələn bir qadının münasibətləri haqda açıq danışdığını qeyd edib:
"Bir xanım var idi. Ondan soruşdum ki, həyatında kimsə var? O da rahatlıqla 'Bəli, var, 2 ay bir yerdə olduq, sonra yola saldım' dedi. Ad çəkdilər, cavabı isə belə oldu: 'Onu yola salmışam, indi başqası var'. Əvvəl elə bildim zarafat edir, amma sonra gördüm ki, düz danışır."

Aparıcı həm evli kişiləri, həm də onlarla münasibət yaşayan qadınları tənqid edərək bildirib ki, ailəli bir şəxsi ailəsindən ayırmaq və onun maddi imkanlarından istifadə etmək yolverilməzdir.