Elton Hüseynəliyev müəllimliyə başlayır

Əməkdar artist Elton Hüseynəliyev müəllim kimi fəaliyyət göstərmək arzusunu reallaşdırmağa hazırlaşır. O, Milli Konservatoriya və İncəsənət Universitetinə müraciət edəcəyini bildirib. Müğənni bu yolda ilk addımını Sumqayıtda atmaq istəyir.

Elton Hüseynəliyev müəllimliyə başlayır
Elton Hüseynəliyev
reklam

Əməkdar artist Elton Hüseynəliyev müəllim kimi fəaliyyət göstərmək istəyir. Müğənni bu barədə "Günə bax" verilişində danışıb. O, uzun müddətdir müəllim olmağı arzuladığını və bu istiqamətdə addımlar atacağını bildirib:

"Milli Konservatoriyaya müraciət edəcəyəm. Eyni zamanda İncəsənət Universitetinə baş vuracağam. İlk addımımı doğulduğum Sumqayıt şəhərində atmaq istəyirəm. Çünki orada böyümüşəm və müəllimlərimdən öyrəndiklərimi başqalarına ötürmək niyyətindəyəm. Yaxın günlərdə istəyən hər kəsə təhsil verəcəyəm."

Müğənninin bu qərarı sənətsevərlər tərəfindən maraqla qarşılanıb.