Yeni villasından danışdı

Müğənni Şəbnəm Tovuzlu Bakı kəndlərinin birində yerləşən yeni villasının tikintisindən bəhs edib. Sənətçi evin dənizdən cəmi 200 metr aralıda, 6 sot torpaq sahəsində inşa olunduğunu bildirib. O, tikinti prosesində ustalarla yaşadığı çətinlikləri də dilə gətirib.

Yeni villasından danışdı
Şəbnəm Tovuzlu
reklam

Müğənni Şəbnəm Tovuzlu yeni villasının tikintisindən danışıb. O, bağ evinin Bakı kəndlərindən birində, dənizdən 200 metr aralıda, 6 sot torpaq sahəsində yerləşdiyini bildirib.

Sənətçi tikinti prosesində qarşılaşdığı problemləri də vurğulayıb:

"Böyük ev sevmirəm. Baş evim də birmərtəbəlidir. Bir aydır tikinti işlərini dayandırmışam. Çünki ustalar çox asta işləyirdi və işin gedişatı ürəyimcə olmadı. Evin həcmini torpağın üzərində çox götürdülər, halbuki həyətdə bağ sahəsi qalmalı idi. May ayında yenidən təmir işlərinə başlayacağıq."

Şəbnəm Tovuzlunun yeni villası və tikinti ilə bağlı verdiyi açıqlamalar izləyicilərin marağına səbəb olub.