Faytonçu Nazim xəstəxanadan evə buraxıldı
İşemik insult keçirən müğənni Nazim Pişyari (Faytonçu) səhhətinin yaxşılaşdığını və artıq normal həyatına davam etdiyini bildirib.
![Faytonçu Nazim xəstəxanadan evə buraxıldı](https://s3.us-east-1.amazonaws.com/shopink/uploads/images/202502/image_870x_67adfc2c33952.jpg)
En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
İşemik insult keçirən müğənni Nazim Pişyari (Faytonçu) səhhətinin yaxşılaşdığını və xəstəxanadan evə buraxıldığını açıqlayıb.
Sənətçi bildirib ki, artıq iş həyatına geri dönüb və yeni klipinin təqdimatına hazırlaşır:
"İndi özümü çox yaxşı hiss edirəm. Hətta işlərimin başına da qayıtmışam. Yeni klipim var, yaxın günlərdə təqdim edəcəyəm. Normal həyatıma davam edirəm."
Xəstəliyindən danışan müğənni təzyiqinin qəfil qalxması səbəbilə yıxıldığını qeyd edib:
"Təzyiqim qalxıb və qəfildən yıxılmışam. Ondan əvvəl heç bir problemim yox idi. Bilmirəm nədir, amma xəstəxanada təzyiq problemi olan çox insan yatır."
Nazim həmçinin bir neçə il əvvəl keçirdiyi əməliyyatlardan da söz açıb:
"Öd kisəmdən əməliyyat olunmuşdum və sonra böyrəklərimdə də problem yaranmışdı. Onu da əməliyyatla aradan qaldırmışdım."
admin Eki 31, 2024 0 161
AsimanFərzəliyeva Oca 8, 2025 0 6
AsimanFərzəliyeva Oca 14, 2025 0 5
AsimanFərzəliyeva Oca 19, 2025 0 5
AsimanFərzəliyeva Oca 19, 2025 0 4
AsimanFərzəliyeva Şub 13, 2025 0 1
AsimanFərzəliyeva Şub 13, 2025 0 1
AsimanFərzəliyeva Şub 13, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox