"Flora Kərimovanın yanında oxumağa utanaram"

Rəqqasə Fatimə Fətəliyeva Xalq artisti Flora Kərimova ilə bağlı maraqlı etiraf edib. O, məşhur sənətkarın yanında mahnı oxumağa çəkinir.

"Flora Kərimovanın yanında oxumağa utanaram"
Fatimə Fətəliyeva
reklam

Rəqqasə Fatimə Fətəliyeva "Zaurla Günaydın" verilişində Xalq artisti Flora Kərimova ilə bağlı səmimi açıqlama verib.

O, sənətkarın yanında mahnı oxumağa çəkinməsindən danışıb:

"Flora Kərimova gəlməmiş mahnımı oxuyum. Çünki onun yanında oxumağa utanaram. Verilişlərdə həm rəqs edirəm, həm də oxuyuram. Milli və digər rəqsləri ifa edirəm, amma hind rəqslərinə icazə verilmir. Səsim yaxşı olmadığı üçün Flora xanımın yanında oxumağa çəkinirəm", – deyə o bildirib.

Fatimə həmçinin rəqslə yanaşı, oxumağa da marağının olduğunu vurğulayıb.