“Fələstin hər zaman fələstinlilərə məxsusdur”-FOTO
“Fələstin hər zaman fələstinlilərə məxsusdur”-FOTO
Məşhur model Bella Hadid ABŞ-ın Qəzzaya zərbə endirmək planına sərt reaksiya verib. O, Fələstini dəstəkləyən paylaşım edərək, xalqın torpaqlarına və mədəniyyətinə sahib çıxmağa haqqı olduğunu vurğulayıb.
Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadid sosial media hesabında Fələstinə dəstəyini ifadə edib.
Hadid ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Qəzzaya zərbə vurmaq" planına sərt reaksiya göstərib. O, paylaşımında Fələstinin simvollarından biri olan qarpız motivi ilə çəkilmiş əl şəkli ilə "Fələstin hər zaman fələstinlilərə məxsusdur" ifadəsini vurğulayıb.
Model bildirib ki, Fələstin xalqının tarixi, mədəniyyəti və kimliyi heç bir güc tərəfindən dəyişdirilə bilməz. O, Fələstin xalqının öz fundamental hüquqlarına sahib olması və öz torpaqlarında azad şəkildə yaşamağı haqq etdiyini qeyd edib:
"Fələstin xalqının həqiqəti hər zaman yaşayacaq və biz bunu heç vaxt unutmayacağıq. Onlar istədikləri kimi sərbəst hərəkət etmək, ailələrini və icmalarını qorumaq hüququna malikdirlər. Heç kim qorxu, təhqir və ya rüsvayçılıq içində yaşamağa məcbur edilməməlidir."
Hadidin paylaşımı qısa zamanda böyük maraq doğurub və minlərlə insan tərəfindən dəstək qazanıb.