Gülü Rəmişdən Qalan Evi Satdı

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü ona miras qalan evi satıb və yeni mənzilə köçüb. Müğənni Niyam Salami Gülünün ev satışı və onunla iş əlaqələri barədə açıqlama verib.

Gülü Rəmişdən Qalan Evi Satdı
Rafiq Hüseynov
reklam

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü ona miras qalan evi satıb.

Bu barədə müğənni Niyam Salami "Bir gün" verilişində danışıb. Onun sözlərinə görə, Gülü İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən mənzili sataraq başqa ünvanda yeni ev alıb:

"Evi özü satıb, çünki nə övladı var, nə də qohumu ki, bu işi başqa biri görə bilsin", – deyə Niyam bildirib.

O, həmçinin Gülünün onun restoranında işdən çıxması məsələsinə də toxunub:

"O, icazə alırdı ki, evdə qalsın. Mən də dedim ki, işçi deyilsən. Amma yenə də yanımdadır", – müğənni əlavə edib.

Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirus səbəbindən dünyasını dəyişib.

reklam
reklam