"Gözəl olmaq barədə düşünmürəm"

Məşhur italiyalı model Byanka Balti həm süd vəzi, həm də yumurtalıq xərçəngi ilə mübarizə aparır. Kimyaterapiya səbəbilə saçlarını itirən model gözəllik haqqında düşünmədiyini, yalnız sağalmaq üçün mübarizə apardığını bildirib.

"Gözəl olmaq barədə düşünmürəm"
Byanka Balti
reklam

İtaliyanın məşhur modeli Byanka Balti ağır xəstəliklə mübarizə aparır. 40 yaşlı model əvvəlcə süd vəzi xərçənginə, daha sonra isə yumurtalıq xərçənginə tutulub. Hazırda hər iki xəstəlikdən müalicə alan Byanka kimyaterapiya səbəbindən saçlarını itirməyə başlayıb.

O, artıq gözəllik barədə düşünmədiyini və yalnız sağalmaq üçün mübarizə apardığını vurğulayıb:
"Saçlarımı itirmək mənə güc verdi. Artıq sübut edəcək bir şeyim yoxdur, sadəcə həyatım üçün mübarizə aparıram. Qırmızı xalıda gəzməkdən də qorxmuram."

Qeyd edək ki, modelin 9 və 17 yaşında iki qızı var.