"Gözümü açanda artıq..."

Tanınmış müğənni Nazim Pişiyari xəstəxanaya yerləşdirildikdən sonra səhhəti ilə bağlı ilk açıqlamasını verib. O, qəfil özündən getdiyini və gözünü açanda artıq reanimasiya şöbəsində olduğunu bildirib. Müğənni insult keçirsə də, vəziyyətinin stabil olduğunu və tezliklə evə buraxılacağını açıqlayıb.

"Gözümü açanda artıq..."
Nazim Pişyari
reklam

Müğənni Nazim Pişiyari xəstəxanaya yerləşdirildikdən sonra başına gələn hadisə barədə danışıb.

"Başıma gələn bu hadisə saniyələr içində oldu. Özümdən getmişdim, yıxılmışdım. Gözümü açanda artıq xəstəxananın reanimasiya şöbəsində idim. Nə baş verdiyini heç özüm də bilməmişəm," – deyə müğənni bildirib.

Həkimlər ona işemik insult diaqnozu qoyublar. Sənətçi bildirib ki, səhhətində ciddi problem yoxdur:

"Əzalarım yerindədir, yaddaşımda problem yoxdur. Heç bir ciddi zədə almadım. Xalqımızın duaları mənə kömək oldu. Ən əsası isə göydəki Allah," – deyə o əlavə edib.

Nazim Pişiyari səhhətinin qənaətbəxş olduğunu və tezliklə evə buraxılacağını vurğulayıb:

"Həkimim bildirdi ki, bu həftənin beşinci günü və ya daha tez xəstəxanadan evə buraxılacağam. Mən də həmin günü səbirsizliklə gözləyirəm."

reklam
reklam