İlhamə Quliyevanın ayaq problemlərinin səbəbi açıqlandı

Mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş jurnalist Mehriban Bəylərqızı sənətçinin səhhəti ilə bağlı bilinməyən məqamları açıqlayıb. O bildirib ki, İlhamə Quliyeva ayağına gel vurdurduqdan sonra ciddi sağlamlıq problemləri yaşamağa başlayıb. Müğənni həm şəkər, həm də ürək xəstəliyindən əziyyət çəkir və bu səbəbdən hər gün güclü ağrılara məruz qalırdı.

İlhamə Quliyevanın ayaq problemlərinin səbəbi açıqlandı
Mehriban Bəylərqızı
reklam

Mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş jurnalist Mehriban Bəylərqızı sənətçinin səhhəti ilə bağlı bilinməyən məqamları açıqlayıb. O, "Həftənin qonağı" verilişində bildirib ki, İlhamə Quliyeva ayağına estetik məqsədlə gel vurdurduqdan sonra ciddi sağlamlıq problemləri ilə üzləşib.

"İlhamə xanım ayağına gel vurdurduqdan sonra çürümə prosesi başladı. O, eyni zamanda şəkər və ürək xəstəliyindən əziyyət çəkirdi. Amma heç vaxt səhhəti ilə bağlı şikayətlənmirdi. Ağrıları dözülməz idi, buna baxmayaraq, heç kimə zəif tərəfini göstərmirdi. Son vaxtlar yeriməkdə çətinlik çəkirdi və hər gün bir neçə ağrıkəsici iynə vurdurmaq məcburiyyətində qalırdı," - deyə Bəylərqızı bildirib.

Qeyd edək ki, İlhamə Quliyeva uzun illər Azərbaycan musiqisində iz qoymuş sənətkarlardan biri olub.