"Həyat yoldaşımın 7 mərasimində göz yaşımı silib toyda oxumuşam"

Müğənni və meyxanaçı Samirə Yusifqızı həyat yoldaşının 7 mərasimi günü toyda çıxış etməsi ilə bağlı səmimi etiraf edib.

"Həyat yoldaşımın 7 mərasimində göz yaşımı silib toyda oxumuşam"
Samirə Yusifqızı
reklam

Müğənni və meyxanaçı Samirə Yusifqızı şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. Sənətçi "Elgizlə izlə" verilişində həyat yoldaşı Fazil bəyin 7 mərasimi günü toyda oxuduğunu etiraf edib.

O, bu addımı maddi səbəblərlə əlaqələndirib:
"Həyat yoldaşımın 7-də göz yaşımı silib, toyda oxumuşam. Bu, mənim işimdir. Övladlarımın dolanışığını təmin etmək və yas xərclərini ödəmək üçün məcbur qaldım."

Xatırladaq ki, Samirə Yusifqızının həyat yoldaşı Fazil bəy 52 yaşında dünyasını dəyişib. Onlar ailə quranda Samirə 18, Fazil bəy isə 40 yaşında olub. Müğənni bu haqda televiziya müsahibəsində məlumat verib.