"Haber Global"ın əməkdaşı İstanbulda güllələnərək öldürülüb

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş İstanbulda baş vermiş silahlı hücum zamanı həyatını itirib. Polis, hadisə ilə bağlı 4 nəfəri şübhəli kimi saxlayıb.

"Haber Global"ın əməkdaşı İstanbulda güllələnərək öldürülüb
Meherrem Can Kurtulus
reklam

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş İstanbulda silahlı hücum nəticəsində öldürülüb. Hadisə, Kurtuluşun Beylikdüzü rayonundakı dayanacaqda avtomobilini saxlayarkən baş verib. O, orada dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb və onları sakitləşdirməyə çalışıb. Lakin mübahisə nəticəsində həmin şəxslər Kurtuluşla davaya başlayıb. Ətrafdakıların müdaxiləsi ilə tərəflər ayrılıb, amma şübhəlilər daha sonra Kurtuluşun qarşısını kəsərək onu güllələyiblər.

Ağır yaralanan Kurtuluş xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Polis, hadisə ilə bağlı 4 şübhəlini saxlayıb. Axtarışlar zamanı şübhəlilərin qaldığı ünvanlarda sənədsiz tapança, tərəzi və narkotik maddə aşkar edilib.