"Çox təəssüf ki, hazırda müasir toylarımızda muğama yer vermirlər" -Mənsum İbrahimov
Xalq artisti Mənsum İbrahimov sosial şəbəkələrin və bayağı mahnıların populyarlaşmasının muğam sənətinə mənfi təsir etdiyini bildirib. Sənətçi toylarda muğama yer verilməməsini və gənclərin xanəndəlik sənətini tərk etməsini təəssüflə qeyd edib.

Xalq artisti Mənsum İbrahimov "Günaydın Azərbaycan" verilişində sosial şəbəkələrin musiqi dünyasına olan təsirini müzakirə edib. O, sosial şəbəkələrdəki bayağı mahnıların efirlərdə geniş yayılmasını və bu tendensiyanın muğam sənətinə mənfi təsir etdiyini vurğulayıb: "Sosial şəbəkələr insanların həyatını mənfi tərəfə dəyişdi. Bayağı mahnılar efirlərə ayaq açdı. Sosial şəbəkədəki məzmunsuz, bayağı, şit sözləri gəlib efirlərdə oxuyurlar", – deyə o bildirib.
Sənətçi, hazırda muğama yer verilməməsini və gənclərin xanəndəlik sənətini tərk etməsini təəssüf hissi ilə qeyd edib. "Çox təəssüf ki, müasir toylarda muğama yer verilmir. Gənclər xanəndəliyi bitirir və toyda oxumağa gedirlər. Bu gün belə bir meydan yoxdur. Xanəndəlik sənətinə gənclərin marağı azalır", – deyə Mənsum İbrahimov əlavə edib. O, həmçinin bu vəziyyətin davam etməsinin mədəniyyətimiz üçün yaxşı nəticələr verməyəcəyini bildirib.