Xalq Replə Yeni Tərzdə Qayıtdı – VİDEO

Məşhur "Atəşim var, külüm yox" mahnısına yeni nəfəs verən Xalq artisti Tünzalə Ağayeva fərqli janrda ifa edib. Müğənni mahnıya rep hissəsi əlavə edərək onu daha dinamik və modern üslubda təqdim edib.

Xalq  Replə Yeni Tərzdə Qayıtdı – VİDEO
Tünzalə Ağayeva
reklam

Xalq artisti Tünzalə Ağayeva ardıcıl yeni layihələri ilə pərəstişkarlarını sevindirməkdə davam edir. Müğənni bu dəfə məşhur "Atəşim var, külüm yox" mahnısını fərqli janrda təqdim edib. Yeni aranjemanda təqdim olunan mahnıya rep hissəsi əlavə olunub.

Mahnının musiqisi və sözləri bəstəkar Suat Sayına məxsusdur. Replik Fariz Zeynalov tərəfindən yazılıb, aranjemanı isə Emin Karim edib.

Tünzalə Ağayeva klip üçün kamera qarşısına keçib. Rejissoru Nicat Qafuroğlu, operatoru Elvin Hacıəliyev olan klipdə müğənni eşq axtaran müasir dərviş obrazında çıxış edib. Rəqqaslar Nigar İbrahimbəyli və Elnur Musayev isə iki sevgilini canlandırıblar.

Klipin geyim dizaynı Aynur Kamranlıya, stylingi isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya aiddir. Makiyaj Nura Səfərova, saç düzümü isə Roman Məmmədov tərəfindən edilib. Xoreoqrafiya Nigar İbrahimbəyliyə həvalə olunub. Layihənin direktoru Yalçın Cabbarovdur.

Tünzalə Ağayeva layihə ilə bağlı fikirlərini bölüşərək bildirib ki, rep hissəsi mahnıya yeni ruh qatıb:
"Çox istəyirdim ki, bu mahnı xip-xop janrında səslənsin. Replə birlikdə daha maraqlı alındı. Klipdəki obrazım eşq axtaran müasir dərvişdir. Bu mahnını ifa etməkdə əsas məqsədim xalq və bəstəkar mahnılarımızı, muğam və folklorumuzu gənc nəsilə tanıtmaqdır."

Qeyd edək ki, klip artıq Tünzalə Ağayevanın rəsmi "YouTube" kanalı və bütün musiqi platformalarında yayımlanıb.

reklam
reklam