Aynur Dadaşovadan maraqlı açıqlama-"İzzət məni qaçırtmaq istəyirdi"

Müğənni Aynur Dadaşova şou proqramında keçmiş həmkarı İzzət Bağırovu və ona etdiyi evlilik təklifini xatırlayıb. O, həmçinin müğənni Niyam Salami ilə münasibətləri və onun evlilik təklifi ilə bağlı düşüncələrini açıqlayıb.

Aynur Dadaşovadan maraqlı açıqlama-"İzzət məni qaçırtmaq istəyirdi"
İzzət Bağırov,Aynur Dadaşova
reklam

Müğənni Aynur Dadaşova şou proqramlarından birində maraqlı açıqlamalar verib. O, keçmiş həmkarı İzzət Bağırovla bağlı xatirələrini bölüşərək, zamanında onun ona evlilik təklifi etdiyini açıqlayıb. Dadaşova, “Sumqayıtdan konsertdən gəlirdik. İzzət Bağırov "20 Yanvar" metrostansiyasının yaxınlığında dedi ki, Aynur, gəl, səni qaçırdım. Mən isə ona cavab verdim ki, anandan qorxuram. Uşaqlıqda hamı bizi sevgili kimi tanıyırdı, amma indi Niyam Salami ilə bağlı belə söyləyirlər”, - deyə bildirib. O, həmçinin, qızların İzzəti necə sevdiyindən və onun onlara necə yanaşdığından bəhs edib: "İzzət o dövrlərdə çox məşhur idi və qızlar onunla görüşmək üçün gəliblər, İzzət isə lovğalanaraq qarşılarına çıxırdı. Bu, sadəcə uşaqlıq qısqanclığı idi."

Aynur Dadaşova yaxın vaxtlarda Niyam Salami tərəfindən evlilik təklifi aldığını, lakin övladlarına görə bu təklifi qəbul etmədiyini də əlavə edib.