Oğuzhan Koç qazancını necə xərcləyir?
Müğənni Oğuzhan Koç qazancını ən çox hansı sahəyə xərclədiyini açıqlayıb. Kiprdə ev alan müğənni daşınmaz əmlakın önəmini vurğulayıb.
Müğənni Oğuzhan Koç qazancını harada xərclədiyini açıqlayıb.
Bir müddət əvvəl Kiprdə ev aldığı üzə çıxan Koça jurnalistlər tərəfindən "Sərmayələrinizi necə qiymətləndirirsiniz?" sualı verilib. 39 yaşlı müğənni sualı cavablandıraraq bildirib: "Məncə, ən məntiqlisi daşınmaz əmlak, ev və ofis almaqdır... O yerləri mən seçirəm."
Qeyd edək ki, Oğuzhan Koç 2022-ci ildə ailə qurduğu aktrisa Demet Özdemirlə 8 aylıq nikahını razılığa əsasən bitirib.