Haqqında yayılan iddialara cavab verdi-VİDEO
İnfluenser Aynişan Quliyeva onun haqqında yayılan absurd və əsassız xəbərlərdən danışıb. O, xüsusilə Amerika vizası ilə bağlı yayılan yalan məlumatların ciddi problemlərə səbəb ola biləcəyini vurğulayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
İnfluenser Aynişan Quliyeva mediada onun haqqında yayılan əsassız iddialarla bağlı danışıb. O, ARB-də yayımlanan "Pərvizə görə" proqramında çıxış edərək bəzi absurd xəbərlərin onu təəccübləndirdiyini bildirib.
Aynişan ən qəribə xəbərlərdən birinin pandemiya dövründə evinin qapısının dezinfeksiya edilməsi ilə bağlı olduğunu deyib:
"Mən özüm bundan xəbərsiz idim. Necə ola bilər ki, media bunu bilsin, mən yox?" – deyə o, təəccübünü ifadə edib.
İnfluenser, həmçinin ABŞ-də guya həbs olunması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Aynişan Quliyeva Amerika vizası üçün müraciət etdiyini və ikinci cəhddə vizanın təsdiqləndiyini qeyd edib. Lakin bundan sonra mediada onun hava limanında həbs edildiyi ilə bağlı əsassız xəbərlər yayımlanıb.
O, həmçinin adından istifadə edərək insanlardan pul alan dələduzlarla bağlı şikayət etdiyini, lakin bir ildir bu şəxslərin tapılmadığını bildirib:
"Mənim adımı hallandırıb insanlardan pul alıblar. Dəfələrlə açıqlama vermişəm, dövlət qurumlarına müraciət etmişəm, lakin hələ də bu şəxslər tapılmayıb" – deyə Aynişan vurğulayıb.
Qeyd edək ki, Aynişan Quliyeva tez-tez sosial mediada yayılan əsassız xəbərlərin hədəfi olur.
admin Eki 31, 2024 0 163
admin Eki 31, 2024 0 124
admin Kas 1, 2024 0 26
admin Eki 31, 2024 0 21
D.Sadi Ara 16, 2024 0 13
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox