Mehriban Xanlarovadan Şok Açıqlama: "Türk Aktrisa Elə Şillə Vurdu ki, Qulağımdan Səs Çıxdı"
Əməkdar artist Mehriban Xanlarova gənc aktyor və aktrisaları tənqid edib. O, onların peşəkarlıqdan uzaq olduğunu və sənətkarlardan öyrənmədiklərini bildirib. Xanlarova həm də Türkiyədə yaşadığı maraqlı bir hadisəni danışıb. O, festival filminin çəkilişi zamanı türk həmkarına həqiqi şillə vurmasını istədiyini söyləyib. Aktrisa bu epizodun inandırıcı alınması üçün belə addım atdığını deyib. "Şillə elə vurdu ki, qulağımdan səs çıxdı. Amma özümü sındırmadım və səhnəni davam etdim. Hamı şokda idi," – deyə sənətçi bildirib.
Mehriban Xanlarova "Künc-bucaq" adlı yutub layihəsində maraqlı açıqlamalar verib. O, gənc aktyorların sənətə səthi yanaşmasından şikayətlənərək deyib: "İndiki gənclər nə məndən, nə də başqa böyük sənətkarlardan bir şey öyrənməyə çalışmırlar. Halbuki, goruma aparmayacağam, gəlin, öyrənin." Aktrisa peşəkarlığa sadiq qalmaq üçün çəkiliş zamanı real emosiyalar yaratmağın vacibliyini vurğulayıb. O, festival filmi üçün çəkiliş zamanı türk həmkarına həqiqətən şillə vurmasını xahiş etdiyini bildirib. Xanlarovanın sözlərinə görə, hadisə bu şəkildə baş verib: "Yalan olsa, rol saxta alınacaq dedim. Şillə vurdu, elə vurdu ki, qulağımdan səs çıxdı. Amma səhnəni davam etdim. Bütün çəkiliş heyəti heyrətə gəldi." Xanlarova bu hadisəni peşəkarlıq və özünü sənətə həsr etmənin bir nümunəsi kimi izah edib.