"Hayat Bilgisi" serialının aktyorları illər sonra bir araya gəldi-FOTO

Türk televiziya tarixinin sevilən seriallarından biri olan "Hayat Bilgisi"nin aktyorları İpek Erdem və Paşhan Yılmazel uzun illər sonra görüşüblər. Onların birlikdə paylaşdığı fotolar sosial mediada maraqla qarşılanıb və izləyicilər tərəfindən geniş müzakirə olunub.

"Hayat Bilgisi" serialının aktyorları illər sonra bir araya gəldi-FOTO
İpek Erdem və Paşhan Yılmazel
reklam

Məşhur "Hayat Bilgisi" serialının aktyorları İpek Erdem və Paşhan Yılmazel illər sonra bir araya gəliblər.

İpek Erdem ötən həftə aktrisa Gökçe Bahadırla görüşdükdən sonra serialda Orteqa Sedat obrazını canlandıran Paşhan Yılmazellə də görüşərək xatirələri yeniləyib. Onlar birlikdə çəkilən fotolarını sosial şəbəkələrdə paylaşıb və bu görüş izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Aktyorların bir araya gəlməsi sosial mediada nostalji hisslər yaradıb və çoxsaylı müzakirələrə səbəb olub.