HƏMAS-dan Qurtulub "Eurovision"da İsraili Təmsil Edəcək
HƏMAS-ın hücumundan sağ çıxan 24 yaşlı Yuval Rafael, bu il "Eurovision" Mahnı Müsabiqəsində İsraili təmsil edəcək.
O, "Hakohav Haba" realiti müsabiqəsində qalib gələrək, may ayında İsveçrənin Bazel şəhərində keçiriləcək müsabiqəyə qatılacaq. Rafael, oktyabrın 7-də Nova festivalında dostları ilə birlikdə olarkən HƏMAS terrorçularının hücumuna məruz qalıb və sığınacaqda gizlənərək sağ qalıb. Sığınacaqda olan 40-dan çox insandan yalnız 11-i sağ qalıb, Rafael hələ də qəlpələrin təsirini hiss edir.