İbrahim Tatlısesdən kimə evlilik təklifi edibmiş?
Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım illər əvvəl İbrahim Tatlısesin sənətkara evlilik təklif etdiyini açıqlayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım maraqlı bir hadisəni açıqlayıb. Onun sözlərinə görə, Nisə Qasımova sovet dönəmində Türkiyəyə səfəri zamanı məşhur müğənni İbrahim Tatlısesin xüsusi diqqətini cəlb edib.
"Nisə bacımı Türkiyəyə dəvət etmişdilər. O, İbrahim Tatlısəslə görüşdü və birlikdə səhnəyə çıxdılar. İbrahim onun ayaqlarının altında oturub təriflər yağdırdı, Türkiyədə qalmasını təklif etdi. Bacım isə ona 'baxarıq…' cavabını verdi," – deyə Kövsər xanım bildirib.
Bundan əlavə, sənətkarın bacısı Tatlısesin Nisə Qasımovaya evlilik təklif etdiyini də açıqlayıb:
"Bacım sonradan bizə dedi ki, İbrahim Tatlıses ona 'səni alıram, gəl evlənək, burada qal' deyib. Amma Nisə cavabında 'Mən nə Türkiyədə qalanam, nə də sənə ərə gedən. Mən Vətənimi heç vaxt satmaram, Azərbaycan qızıyam' sözlərini söylədi."
Bu açıqlama sənətsevərlər arasında böyük marağa səbəb olub.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox