Xoşqədəm Hidayətqızı ilk evliliyi haqqında: "Kaş ki, ailəm müdaxilə edərdi"
Aparıcı Xoşqədəm Hidayətqızı, ilk evliliyi barədə emosional açıqlama verib və ikinci evliliyi ilə bağlı fikirlərini bölüşüb.

Aparıcı Xoşqədəm Hidayətqızı, ikinci dəfə ailə qurması ilə bağlı fikirlərini açıqlayıb. O, verilişində bildirib ki, ilk ailə qurmağında ailəsinin müdaxilə etməsini istərdi. "Kaş ki, ilk ailə qurmağımda ailəm müdaxilə edərdi. İkinci ailə qurmağım isə müdriklik yaşımda oldu", – deyə Xoşqədəm bildirib.
Xoşqədəm Hidayətqızı ikinci dəfə türkiyəli müğənni Doğuşla evlənib və bu evlilikdən iki övladı var. İlk evliliyindən isə bir oğlu dünyaya gəlib.