"İkinci övladım olmadı" -dedi
Müğənni Xatirə İslam ikinci övladının olmamasından təəssüf edib. O, oğlunun balaca vaxtı ikinci uşaq haqqında düşünmədiyini və bu qərarını həyatının ən böyük səhvi kimi qiymətləndirir.
Müğənni Xatirə İslam "İncə səhər" verilişində qonaq olub və şəxsi həyatına dair açıqlamalar verib. Sənətçi ikinci övladının olmamasından peşman olduğunu bildirib. O, oğlunun balaca vaxtı ikinci uşaq haqqında düşünmədiyini və bunun həyatında etdiyi ən böyük səhv olduğunu etiraf edib.
"Bir uşağı böyüdəndən sonra ikinci uşaq olmur. Oğlum Emil balaca olanda ikinci uşaq haqda fikirləşməli idim. Amma başım konsertlərə, toylara qarışdı. Bunu etiraf edirəm, həyatdakı ən böyük səhvimdir. Bir də ayıldım ki, gecdir", – deyə Xatirə İslam bildirib.
Həmçinin, sənətçi yaşın da öz sözünü dediyini, bir çox məsələnin cavanlıqda həll olunmalı olduğunu vurğulayıb. "Sonra qaldım həkimlərdə. Yaş da öz sözünü deyir. Bəzi şeylər var ki, cavanlıqda olmalıdır", – deyə müğənni əlavə edib.