“Oğlanlara da qızlar kimi elçi gəlməlidir”

Kulturoloq, yazıçı Aydın Xan Əbilov oğlanlara da elçi göndərilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan cəmiyyətində evliliklə bağlı bərabər hüquqların olmadığını bildirərək, qızların da oğlanlara elçi getməli olduğunu qeyd edib.

“Oğlanlara da qızlar kimi elçi gəlməlidir”
Aydın Xan Əbilov
reklam

Kulturoloq, yazıçı Aydın Xan Əbilov “Çıxış yolu” verilişində oğlanlara da elçi göndərilməli olduğunu deyərək, mövcud ənənələri tənqid edib. O, cəmiyyətdə qızlarla oğlanların evlənmə hüquqlarının bərabər olmadığını vurğulayıb.

“Nə qədər ki, oğlumuz üçün qız alırıq – kartof, inək, pampers aldığımız kimi – bu sistem davam edəcək. Siz qız olaraq mənə elçi gələ bilərsinizmi? Atanızı və ananızı elçi göndərə bilərsinizmi? Bu mümkün deyil! Çünki mentalitet bunu qəbul etmir,” – deyə Əbilov bildirib.

Aparıcının “Siz istəyirsiniz ki, Azərbaycanda qızlar oğlanlara elçi getsinlər?” sualına isə o, belə cavab verib:

“Niyə getməsinlər? Harada yazılıb ki, yalnız oğlan elçi getməlidir? Bərabər hüquqlu insanlar normal ailə qura bilər. Əks halda, mənim kimi olacaq.”