"İldə bir dəfə doğum günümdə efirə çıxıram"

Xalq artisti, "Şöhrət" ordenli sənətkar Səkinə İsmayılova doğum gününün onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Sənətkar bildirib ki, yalnız bu günlərdə efirə çıxır və doğum gününü ailəsi ilə birlikdə qeyd edir. O, həmçinin muğam sənətində qazandığı uğurlardan və gənc ifaçılara tövsiyələrindən danışıb.

"İldə bir dəfə doğum günümdə efirə çıxıram"
Səkinə İsmayılova
reklam

Xalq artisti, "Şöhrət" ordenli sənətkar Səkinə İsmayılova doğum gününün onun üçün xüsusi bir gün olduğunu vurğulayıb. O, bildirib ki, sevdikləri və yaxınları üçün bu tarix bir bayrama çevrilir və hər il çoxlu təbriklər alır. "İldə bir dəfə yalnız doğum günümdə efirə çıxıram, bu günü isə ailəmlə birlikdə qeyd edirəm" – deyə sənətkar əlavə edib.

Səkinə İsmayılova muğam sənətində qazandığı uğurlardan da danışıb. O, ilk qadın muğam üçlüyünü yaratdığını və muğamı qavalla ifa edən ilk xanım xanəndə olduğunu qeyd edib. Sənətkar vurğulayıb ki, uzun illər Heydər Əliyev Sarayı, Filarmoniya, Opera və Balet Teatrı kimi nüfuzlu səhnələrdə çıxış edib. O, eyni zamanda, xarici ölkələrdə Azərbaycan muğamını uğurla təmsil etdiyini bildirib.

Məşhur sənətkar muğam sənətinin gələcəyi barədə danışaraq gənc ifaçılara tövsiyələrini də verib. O, muğamın inkişafı üçün lent yazılarının əhəmiyyətini vurğulayıb və gənclərə bu istiqamətdə daha çox çalışmaları üçün tövsiyə edib.

Səkinə İsmayılova sənətinə verdiyi dəyəri isə bu sözlərlə ifadə edib: “Mənim yaradıcılığımı Rəşid Behbudov, Gülxar Həsənova, Bəhram Mansurov kimi dahi sənətkarlar qiymətləndirib. İlk dəfə Rəşid Behbudov məni Mahnı Teatrına dəvət etdi və xarici qastrol səfərlərinə apardı. Mən o zaman gənc idim və onların məni Azərbaycanı təmsil edə biləcək səviyyədə görməsi böyük məsuliyyət idi. Bu isə mənə daha da güc və ruh verirdi.”