"İlhaməyə aşiq olub, anamı elçi göndərdim"

Xalq artisti Faiq Ağayev uşaq vaxtı mərhum Xalq artisti İlhamə Quliyevaya aşiq olduğunu və anasını ona elçi göndərdiyini etiraf edib. Müğənni bu hadisəni illər sonra İlhamə xanıma danışanda, sənətkar onun zarafatına gülümsəyərək cavab verib.

"İlhaməyə aşiq olub, anamı elçi göndərdim"
Faiq Ağayev
reklam

Xalq artisti Faiq Ağayev mərhum sənətkar İlhamə Quliyeva ilə bağlı uşaqlıq xatirəsini paylaşıb.

O, teleproqramlardan birində bu maraqlı hadisəni belə xatırlayıb:

"4-5 yaşım olanda televizorda İlhamə xanımı görüb ona aşiq olmuşdum. Anama dedim ki, elçi getsin və İlhamə mənimlə evlənsin. Ailəm əvvəlcə bu istəyə gülüb keçdi, amma ağlayıb israr etdiyim üçün məcbur qalıb məni sakitləşdirmək üçün bir oyun qurmuşdular. Anamla xalamı həyətə yola saldım ki, gedib elçilik etsinlər. Onlar isə bir az küçədə gəzib geri qayıtdılar və dedilər ki, İlhamə xanım razıdır, amma əvvəlcə mən böyüməli və oxumalıyam, sonra toy edəcəyik. Bu cavab məni sevindirmişdi."

Müğənni illər sonra bu hadisəni İlhamə Quliyevaya danışanda sənətkar gülümsəyərək ona özünəməxsus tərzdə belə cavab verib: "Ağzının dadını bilirsən ha."