En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Müğənni Roza Zərgərli, aktrisa Çimnaz Sultanovanın xəstəliyini əvvəldən bildiyini və onun son zamanlarda yaşadıqlarını bölüşüb. Roza, Çimnazla əlaqəsinin yaxın dostluq əlaqələri olduğunu vurğulayıb və onun xəstəliyi barədə danışıb.
" Mən onun xəstəliyini əvvəldən bilirdim. Noyabrın sonu, dekabrın əvvəlində nəvəm üçün toy etdim. Bütün dostlarımı, yaxınlarımı toya dəvət etdim, o cümlədən, Çimnaza da bu münasibətlə zəng etdim. Mənə dedi ki, atam xəstələnib Türkiyəyə gətirmişəm. Atasına nə olduğunu soruşdum. Cavabı o oldu ki, həkimlər baxacaq. Dedim ki, atanı bəhanə edib özün üçün getmisənsə, bunu mənə bildir, mən seyidəm, cəddim sənə kömək olar. İsrarla dedi ki, yox, atamı gətirmişəm. Xərçəng elə xəstəlikdir ki, adamı 5-10 günə öldürmür. Uzunmüddətli müalicə tələb edir. Aylarla həkimə getməli olursan", – deyə Roza Zərgərli bildirib.
Roza, həmçinin, Çimnazın təbii gözəlliyini və onun insan kimi necə bir şəxsiyyət olduğunu da vurğulayıb:
"Mən Çimnazı bir insan kimi çox istəyirdim. Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır. Onda əsl xanım-xatın görünüşü var idi. Keçmişdə rus qadınlarını fırça ilə çəkib təsvir edirdilər. Həmin o əndam, boy-buxuna sahib qadın idi Çimnaz... Bax, onun gözəlliyi təbii idi. Allah onu tez apardı. Qəni-qəni rəhmət olsun. O, ölümə layiq biri deyildi."
Çimnaz Sultanova, xərçəng xəstəliyindən dünyasını dəyişib və onun bu dünyadan erkən ayrılması, onun yaxın dostları tərəfindən böyük kədər və ehtiramla qarşılanıb.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox