İllər əvvəl çəkilmiş videosuna görə tənqidlərə cavab verdi

Rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkələrdə yayılan yarıçılpaq halda qarda oynaması ilə bağlı açıqlama verib. O, bu videonun ötən gün deyil, 2021-ci ildə çəkildiyini bildirib. Renka o dövrdə bu görüntülərin müsbət qarşılandığını, lakin indi insanlardan fərqli reaksiya aldığını vurğulayıb.

İllər əvvəl çəkilmiş videosuna görə tənqidlərə cavab verdi
Rəna Ağamuradova
reklam

Rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkələrdə yayılan və müzakirələrə səbəb olan yarıçılpaq halda qarda oynaması videosu ilə bağlı açıqlama verib. O, instaqram səhifəsində paylaşım edərək bildirib ki, bu görüntülər ötən gün deyil, 2021-ci ildə lentə alınıb.

“Ay millət, bu videonu mən 2021-ci ildə çəkdirmişəm. O vaxt paylaşanda hamı bunu çox bəyənmişdi. İndi insanlar niyə bu qədər sərt reaksiya verir, bilmirəm. Bunu sağlamlıq üçün etmişəm. Şahdağda qaynar hovuzdan çıxıb soyuq suya girmişəm. Burada qeyri-adi nə var? İnsanlar bu videoya görə bir-birinə dəyib”, – deyə Renka bildirib.