Pasportunu yandıran müğənni həbs cəzasına məhkum edildi
Rusiyalı müğənni Eduard Şarlotta, nasizmin reabilitasiyası və dini etiqad azadlığını pozmaqla əlaqədar olaraq 5 il 5 ay müddətinə həbs cəzasına məhkum edilib.
Samara məhkəməsi rusiyalı müğənni Eduard Şarlottaya 5 il 5 ay həbs cəzası verib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (nasizmin reabilitasiyası) və 148-ci maddəsinin 1-ci hissəsi (vicdan və dini etiqad azadlığı hüququnun pozulması) ilə təqsirli bilinib.
Şarlotta, ötən ilki təxribat xarakterli videolarına və pasportunu yandırmasına görə, həmçinin Patriarx Kirill və digər yüksək rütbəli şəxsləri təhqir etməsi ilə bağlı üzr istəyib. Müğənni 2023-cü ilin noyabr ayında Ermənistandan Sankt-Peterburqa gələrkən saxlanılıb.