"İstərdim ki, atam yanımda olsun. Ona çox ehtiyacım var." - Fatimə Fətəliyeva
Rəqqasə Fatimə Fətəliyeva, "Gün ortası" verilişində atasını itirməsindən sonra həyatında hiss etdiyi boşluğu və ailədə kişinin vacibliyini vurğulayıb. O, atasının və həyat yoldaşının yanında olmasının həyatında necə mühüm olduğunu bildirib.
Rəqqasə Fatimə Fətəliyeva, "Gün ortası" verilişində qonaq olarkən atasını itirməsindən sonra həyatında yaşadığı çətinliklərdən və ailədə kişinin yerindən danışıb. O, kövrələrək atasının yoxluğunu hiss etdiyini, xüsusilə yaş irəlilədikcə, onun və həyat yoldaşının yanında olmasının vacibliyini vurğulayıb.
"İstərdim ki, atam yanımda olsun. Ona çox ehtiyacım var. İndi anam baxıb deyəcək ki, atasını çox istəyir və onu yada salır. Amma mənim onun üzərində çəkdiyim əziyyəti demir. Anamında bu günki gün atama ehtiyacı var", – deyə sənətçi bildirib.
Fatimə Fətəliyeva sözlərinə davam edərək, kişinin evdə olmasının əhəmiyyətini vurğulayıb: "Yaş üstünə gəldikcə qadın istəyir ki, onun yanında atası, həyat yoldaşı olsun. Nədənsə inciyib, küsəndə başını çiyninə qoyasan və biləsən ki, yanında kişi nəfəsi gəlir. Atam yataqda xəstə olardı amma sağ olardı, nəfəsi gələrdi. Evdə kişi xeylaqının olması ruzi, bərəkətdir. Ailədə kişi olmayanda ev dağılır. Həqiqətən dağılır. Həyatda kim olursan ol amma sənin yanında arxan olmalıdır".