Kadir İnanır Aylar Sonra İctimaiyyətə qayıtdı -FOTO
Beyin damarlarında laxtalanma aşkar edilən tanınmış aktyor Kadir İnanır, aylar sonra ilk dəfə görünərək səhhətinin yaxşı olduğunu açıqlayıb.
Beyin damarlarında laxtalanma aşkar edilən əfsanəvi aktyor Kadir İnanır aylar sonra ilk dəfə üzə çıxıb.
Son dövrlərdə haqqında çıxan xəbərlərdən sonra aktyorun yeni görüntüsü sosial mediada paylaşılıb. Görüntüyü paylaşan şəxs isə Ali Gündoğdu olub. O, paylaşımında sənətkarın vəziyyətinin yaxşı olduğunu bildirib.