Kalben "GQ Men of the Year" gecəsində kişi obrazında iştirak etdi - Foto
Türkiyəli müğənni Kalben, "GQ Men of the Year" tədbirinə kişi obrazında qatılıb. Tədbirdə bığ makiyajı və kişi geyimində kameralar qarşısına keçən Kalben, bunun özünə daha rahat və azad hiss etməsinə kömək etdiyini qeyd edib.
Türkiyəli müğənni Kalben, "GQ Men of the Year" gecəsinə kişi obrazında qatılıb. Bığ makiyajı və kişi geyimində kameralar qarşısına keçən sənətçi, bu addımının səbəblərini açıqlayıb. O, “Ölkəmizdə qadın olmağın çox çətin olduğu bu günlərdə bir gün kişi olmağımın faydalı ola biləcəyini düşündüm. Özümü daha rahat və azad hiss edəcəyimi fikirləşdim”, – deyə bildirib.