Kamilə Nəbiyeva: "8 yaşından bəri pul qazanıram"

Xanəndə Kamilə Nəbiyeva, "Bir gün" proqramında ailəsi ilə bağlı maraqlı açıqlamalar verib. O, 8 yaşından etibarən ailəsi ilə birgə el şənliklərində iştirak etdiyini və erkən yaşlarda pul qazandığını bildirib.

Kamilə Nəbiyeva: "8 yaşından bəri pul qazanıram"
Kamile Nebiyeva
reklam

Xanəndə Kamilə Nəbiyeva "Bir gün" proqramında ailəsi və uşaqlıq illəri ilə bağlı açıqlamalar verib. Kamilə Nəbiyeva, 8 yaşından etibarən atası ilə birlikdə evə çörək gətirdiyini və bu yolda ən çalışqan və ərköyün uşaq olduğunu bildirib:

"Üç bacı bir qardaşıq, böyük bacımız İzmirdə yaşayır. Ən ərköyünləri elə özüməm, böyük bacım deyir ki, səndən böyük olsam da, böyüyümüz sənsən. Həmişə atamla birgə el şənliklərində, toylarda olmuşam, 8 yaşımdan atamla evə çörək gətirmişəm. Ən ərköyünü, ən çalışqanı, ən böyüyü də mən olmuşam."

Xanəndə həmçinin, uşaqlıq illərində əldə etdiyi təcrübələrin və əməksevərliyinin onun həyatını formalaşdırdığını qeyd edib.