Məhkəmə Xoşqədəm Hidayətqızına daha bir qadağa qoydu
Səbail Rayon Məhkəməsi, "Səni axtarıram" verilişində yayımlanan müzakirə ilə bağlı Xoşqədəm Hidayətqızına və "ARB" TV-yə qadağa qoyub. Məhkəmə, müzakirələr zamanı şəxsə qarşı şərəf və ləyaqətə zərər verilməsinə səbəb olan ittihamların efirdə səsləndirilməsinə son qoyulmasını qərara alıb.
